“BYF EduExpo 2022” sərgisi

30.09.2022, 01.10.2022 və 02.10.2022-ci il tarixlərində “JW Absheron Marriott” otelində 50-dən çox şirkətin iştirak etdiyi “BYF EduExpo 2022” sərgisi baş tutmuşdur.

“Gələcəyini inşa et!” devizi altında keçirilmiş təhsil sərgi-yarmarkası geniş işgüzar proqramı ilə fərqlənmişdir, B2B və B2C görüşlər, fərqli müəssisələrin xidmətləri və sərgiyə özəl kampaniyaları eləcədə Beynəlxalq universitetlərin nümayəndələri ilə bir başa əlaqəyə keçmək mümkün olmuşdur.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də bu sərgidə təmsil olunduq. Sərgidə indiyə qədər çap olunan kitablarımız, jurnallarımız, elmi-tədqiqat işləri və eyni zamanda reabilitasiya xidmətində psixoloji diaqnostika, aparatlar, kurs, təlimlər barədə geniş məlumat verilmişdir.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova, Dr.Nadir Əlirzalü, Neurofeedback üzrə baş mütəxəssis Nuridə Məmmədova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və könüllüləri, Narınc Psixologiya Mərkəzinin aparatlar üzrə mütəxəssisləri və əməkdaşları iştirak etmişdir.

 


"