“Dislaliya və onun korreksiyası” təlimi

25 noyabr tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu, İnkişaf və Yaş Psixologiyası Şöbəsi tərəfindən “Dislaliya və onun korreksiyası” təlimi təşkil olundu. Defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında keçirilən təlim iki hissədən ibarət olub nəzəriyyə və praktikanı özündə birləşdirdi. 6 saat müddətində davam edən təlim zamanı iştirakçılara aşağıdakı mövzular üzrə məlumat verildi:
• Artikulyasiya aparatının diaqnostikası;
• Dilaltı pərdənin uşaqların nitqinə təsiri;
• Dislaliyanın yaranma səbəbləri, quruluşu və növləri;
• Nəfəs aktı. Fonematik qavrama;
• Dislaliyanın digər nitq qüsurlarından fərqi;
• İkincili qüsur;
• Dislaliyanın aradan qaldırılması yolları.
Növbəti mərhələdə iştirakçılar əyani şəkildə loqopedik masajların tətbiqi qaydaları ilə tanış oldular.
Sonda isə bütün iştirakçılara sertifikat təqdim olundu.



"