“Klinik Psixologiya” Masterclassı (Modul 3)

Bol informasiyalı, zəngin materiallı daha bir masterclassın sonuna gəldik. 25.09.2020 tarixində Zoom platforması üzərindən Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan KLİNİK PSİXOLOGİYA MASTERCLASSI-nın üçüncü – sonuncu modulu baş tutdu.Üçüncü modulda iştirakçılara cinsi disfunksiyalar, cinsi kimlik pozuntuları, parafiliya, psixotik pozuntular, uşaq psixopatalogiyası haqqında ətraflı məlumat verildi.Sonda masterclass proqramını əhatə edən bütün mövzular bir daha təkrar edildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı, aydın olmayan məqamlar izah olundu. Masterclass materialları və Sertifikat iştirakçıların email ünvanına göndərildi. Masterclass iştirakçıların məmnunluq rəylərilə sona çatdı. Peşəkarlıqla tədris olunan masterclass üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!


"