“Nəsillərin Debatı – elmin fonunda”

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi 2 Fevral – Gənclər Günü münasibətilə “Nəsillərin Debatı – elmin fonunda” adlı layihədə iştirak etməyə dəvət edir.
Layihə çərçivəsində öz sahəsində tanınmış 4 peşəkar şəxs sizin görüşünüzə gələcək:

1.Gülər Məmmədova – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı.
Mövzu: Gənc nəsillə yaşlı nəslin vəhdəti.

2. Elxan Bəylərov – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru.
Mövzu: Dəyərlərin dilemması.

3. Səbinə Ələkbərova – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi.
Mövzu: Gənc düşüncə.

4. Fuad Əsədov – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu.
Mövzu: Elmə və elmi baxış.

GÖRÜŞÜN MƏKANI:
Psixologiya Elmi-Tədqiqat İnstitutu (Konfrans Zalı)

GÖRÜŞÜN TARİXİ: 2 Fevral, saat:12:00-14:00

İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün link: https://goo.gl/forms/EUkbbmwhVfa74Lz83

Bizimlə əlaqə
070 268 27 08 ( What’s App da aktivdir).


"