“Pİ-TALK” – ÇİNGİZ ABDULLAYEV

16.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Pİ-TALK” layihəsi çərçivəsində növbəti görüş baş tutdu.
Bildiyiniz kimi layihə çərçivəsində ayda bir dəfə olmaqla öz sahəsində tanınmış şəxslərlə görüş təşkil olunur. Layihəmizin bu dəfəki qonağı Azərbaycan Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Katibi, PEN-Klubun Prezidenti, Milli Kitabxana Himayədar Şuranın Sədri, “Neftçi” Futbol Klubun Müşahidə Şurasının Sədri ÇİNGİZ ABDULLAYEV oldu. 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra
institutun rəhbəri Elnur Rüstəmov açılış nitqi ilə çıxış etdi və sözü Çingiz Abdullayevə verdi. “Etiraflar Vadisi” adlı görüşdə yazıçı həyat və yaradıcılığı ilə bağlı etiraflar etdi, həmçinin iştirakçıların ona ünvanladığı sualları cavablandırıb, kitabları imzaladı.
Sonda Elnur Rüstəmov təşəkkür nitqi ilə çıxış edərək Psixologiya Elmi-Tədqiqat İnstitutu adından yazıçıya TƏŞƏKKÜRNAMƏ təqdim etdi. 

"