“Peşəkar Psixoloq Təcrübə Proqramı – 4” uğurla başa çatdı.

3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 4” uğurla başa çatdı. Qeyd edək ki, proqram Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olundu. Kursda iştirak edən hər kəs təcrübə proqramı ilə bağlı öz xoş təəssüratlarını və 3 ay müddətindəki xoş xatirələrini bizimlə bölüşdü, Psixologiya Elmi-Tədqiqat İnstitutu haqda, o cümlədən Mətanət xanım haqda xoş fikirlər səsləndirdi. İştirakçılara Sertifikat təqdim edildi, xatirə fotoları çəkildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də yüksək peşəkarlıqla tədris olunan kurs üçün əməkdaşımız Mətanət xanıma təşəkkürümüzü bildirir, iştirakçılara əldə etdikləri bilik və təcrübəni öz karyeralarında uğurla tətbiq etməyi arzu edirik!


"