“Somatoform və Diaqnostikasında Çətinlik Yaradan Digər Psixi Pozuntular” təlimi

25 noyabr tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu, “Nəzəri və Eksperimental Psixologiya” şöbəsi tərəfindən “Somatoform və Diaqnostikasında Çətinlik Yaradan Digər Psixi Pozuntular” mövzusunda təlim təşkil olundu. Həkim-psixiatr Orxan Fərəclinin təqdimatında keçirilən, 5 saat müddətində davam edən təlimdə iştirakçılara aşağıda qeyd olunan mövzular üzrə məlumat verildi:
• Somatizasiya pozuntusu
• Konversion pozuntu
• Ağrı pozuntusu
• Hipoxondriya
• Bədən dismorfobik pozuntusu
• Bipolyar depressiyanın major depressiyadan fərqi
• Böyüklərdə Diqqət Əksikliyi Hiperaktivlik Sindromu, Bipolyar affektiv pozuntudan ayırıcı diaqnostikasi
• Böyüklərdə DƏHP nun Borderline şəxsiyyət pozuntusundan ayırıcı diaqnostikası 


"