#evdəqal sosial çağırışı (1)

Bütün dünyanı narahat edən koronavirus (COVİD - 19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkədə elan olunan xüsusi karantin rejiminə dəstək olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllü Fəaliyyət qrupunun üzvləri Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təşəbbüsü ilə #evdəqal sosial çağırışına qoşulublar.
Belə ki, onlar #evdəqal#sağlamqal başlıqları ilə evdə qalmaq üçün öz səbəblərini qeyd edərək cəmiyyətimizlə paylaşıblar.
Cəmiyyətimizin sağlamlığı istiqamətində faydalı olan bu təşəbbüs üçün Nərmin Quliyevaya, o cümlədən Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə öz təşəkkürümüzü bildiririk!


"