"Abituriyentlərin imtahana psixoloji hazırlığı" qrup terapiyası (2)

08.03.2020 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən abituriyentlərlə qrup terapiyasının ikinci görüşü baş tutdu. "Abituriyentlərin imtahana psixoloji hazırlığı" qrup terapiyası Səbinə xanımın tərtib etdiyi xüsusi proqrama əsasən xüsusi texnikalarla aparılır.
Qrup terapiyada iştirak edən abituriyentlərin imtahanda yüksək nəticə əldə edəcəklərinə inanır, onlara uğurlar arzu edirik. Uzunmüddətli təcrübələrinə əsasən üzərində işləyib hazırladığı proqramın öz uğurlu nəticəsini göstərəcəyinə inanaraq Səbinə xanıma xüsusi təşəkkürümüzü bildiririk.


"