"Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası" Kursu (Modul 5)

01.09.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda "Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası" Kursunun 5-ci modulu Zoom proqramı vasitəsilə baş tutdu.
Qeyd edək ki, kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi Gülər Zamanın təqdimatında tədris edilir.
Gülər xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

"