"Bədən dili və qeyri-verbal ünsiyyət mədəniyyəti" seminarı

26.10.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Sosial Psixologiya şöbəsinin təşəbbüsü ilə Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, NLP üzrə praktik Ramil Mirzəyevin təqdimatında "Bədən dili və qeyri-verbal ünsiyyət mədəniyyəti" seminarı keçirildi.
Əvvəlcə Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev çıxış edərək seminar mövzusunun məzmun və mahiyyəti haqda məlumat verib əhəmiyyətini vurğuladı.
Ardınca təlimçi Ramil Mirzəyev öz təqdimatı ilə seminarı davam etdirdi. Seminarda ilk görüşdə müsbət təəssürat yaratmağın yolları, həmsöhbətin psixoloji durumunun jestlərdən öyrənilməsi, manipulyasiyalardan qorunmağın yolları, yalanın bədən əlamətləri, istənilən situasiyanı öz xeyrinə dəyişməyin yolları və s. mövzular haqda iştirakçılara əhəmiyyətli məlumatlar verildi, mövzu ilə bağlı videolar izlənildi, iştirakçıların sualları cavablandırıldı.
Sonda iştirakçılar seminarla bağlı müsbət təəssüratlarını bölüşdülər.
Ceyhun Alıyev qapanış nitqi səsləndirdikdən sonra ardıcıllıqla təlimçi Ramil Mirzəyev, seminarın təşkilatçısı, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi Leyla Əliyeva və Sosial Psixologiya şöbəsinin müdiri Ceyhun Alıyev tərəfindən seminarda iştirak edən hər kəsə Sertifikat təqdim edildi, xatirə fotoları çəkildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq hər kəsin rəğbətinə və məmnuniyyətinə səbəb olan seminar üçün Ramil Mirzəyevə təşəkkürümüzü bildirir, iştirakçılara növbəti seminarlarımızda görüşmək ümidilə uğurlar arzu edirik.


"