"Həyəcan və Stressin İdarə Olunması" mövzusunda vebinar

20.06.2020 tarixində faydalı biliklərlə zəngin daha bir vebinarımız baş tutdu.
Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, psixoloq Nərgiz Abdullayevanın təqdimatında Zoom proqramı vasitəsilə baş tutan vebinar "Həyəcan və Stressin İdarə Olunması" mövzusuna həsr olundu. Nərgiz xanım iştirakçılarla həyəcanı və stressi idarə etmək üçün texnikalar paylaşdı.
Vebinar iştirakçıların məmnunluq rəylərilə sona çatdı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Nərgiz xanıma təşəkkürümüzü bildirir, vebinar iştirakçılarına uğurlar arzu edirik!

"