"Klinik psixologiya" kursu

Psixologiya Elmi-Tədqiqat İnstitutu səhifədə keçirdiyi sorğunun nəticəsinə əsaslanıb sizin istəyinizi nəzərə alaraq KLİNİK PSİXOLOGİYA KURSU-nu təqdim edir. 
Psixiatr Orxan Fərəclinin təqdimatında tədris ediləcək kurs 10 modul üzrə ümumi 30 saat davam edəcək. 
l Modul 29.06.2019 tarixində saat 16:00-da baş tutacaq. 
Kursun proqramını sizə təqdim edirik: 
Modul 1. Klinik psixologiyaya giriş;

  • Klinik psixologiyanın ümumi müddəaları;
  • Klinik psixoloji müsahibənin aparılma qaydası;
  • Ümumi psixopatalogiya;
  • Klinik psixoloji diaqnostika metodları ( 3 saat).

Modul 2. Şizofreniya, şizotipik və sayıqlama pozuntuları:

  • Şizofreniyanın psixodiaqnostik xüsusiyyətləri;
  • Şizofreniyanın tipləri;
  • Şizofreniyanın mərhələləri;
  • Şizotipal şəxsiyyət pozuntusunun əsas psixodiaqnostik xüsusiyyətləri;
  • Sayıqlama pozuntuları və onların növləri;
  • Müalicə metodları ( 3 saat).

Modul 3. Əhval – ruhiyyə pozuntuları:

  • Depressiya;
  • Maniya;
  • Bipolyar pozuntu;
  • Həyəcan-təşviş pozuntusu;
  • Qorxular və fobiyalar;
  • Hipertimiya, hipotiniya;
  • Eyforiya və disforiya ( 3 saat).

Modul 4. 

  • Nevrotik, stresslə əlaqədar və somatoform pozuntular:
  • Nevrasteniya;
  • Obsessiv-kompulsiv pozuntular;
  • İsteriya;
  • Uşaqlarda nevrozların xüsusiyyətləri ( 3 saat).

Modul 5. 

  • Postravmatik stress pozuntusu;
  • Somatizasiya; Konversion pozuntular;
  • Bədən dismorfik pozuntusu ( 3 saat).

Modul 6. 

  • Spesifik şəxsiyyət pozuntuları:
  • Paranoid Şəxsiyyət pozuntusu;
  • Şizotipal şəxsiyyət pozuntusu;
  • Şizoid şəxsiyyət pozuntusu;
  • Antisosial Şəxsiyyət Pozuntusu;
  • Borderline Şəxsiyyət Pozuntusu ( 3 saat).

Modul 7.

  • İsterik Şəxsiyyət Pozuntusu;
  • Narsisistik Şəxsiyyət Pozuntusu;
  • Utancaq Şəxsiyyət Pozuntusu;
  • Obsessiv-Kompulsiv Şəxsiyyət Pozuntusu;
  • Asılı Şəxsiyyət Pozuntusu;( 3 saat).

Modul 8. 

  • Əqli gerilik-Oliqofreniya;
  • Oliqofreniyanın etioloji əsasları və formaları; Oliqofreniyanın reabilitasiyası( 3 saat).

Modul 9. Seksual meyillərin pozuntuları (3 saat).

Modul 10. Modullarla əlaqəli Film analizi (3 saat).

KLİNİK PSİXOLOGİYA KURSU ödənişli əsaslarla tədris olunur.
Bir modul üçün ödəniş 30 AZN, tələbələrə ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 20 AZN təşkil edir. 
ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR! 
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08

"