"METAFORİK ASSOSİATİV KARTLAR" mövzusunda vebinar

31.07.2020 tarixində "METAFORİK ASSOSİATİV KARTLAR" mövzusunda növbəti vebinarımız baş tutdu. Vebinar Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında Zoom proqramı vasitəsilə baş tutdu. Vebinarda iştirakçılara Metaforik Assosiativ Kartların psixoterapiyada tətbiqi, effektivliyi, mexanizmləri haqqında ətraflı məlumat verildi, iştirakçıların sualları cavablandırıldı.
Sonda vebinar iştirakçıları öz məmnuniyyət rəylərini bildirərək Mətanət xanıma təşəkkür etdilər.
Biz də Mətanət xanıma bol informasiyalı vebinar üçün təşəkkürümüzü bildirir, iştirakçılarımıza növbəti vebinarlarda görüşmək ümidilə uğurlar arzu edirik!

"