"OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI" təlimi

Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, "Hipnoz" Psixologiya və Psixoloji Məsləhət Mərkəzinin rəhbəri, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında "OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI" təliminə dəvət edirik. 
Yalnız nəzəriyyə deyil, həmçinin praktik çalışmalarla zəngin təlim qeyd olunan mövzuları əhatə edəcək:
Obsessiv-kompulsiv pozuntunun mahiyyəti, klinik-psixoloji təsviri, tarixi.
Obsessiv-kompulsiv pozuntuya müxtəlif yanaşmalar. 
Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri; nələr obsessiv-kompulsiv pozuntu hesab olunur?;
Obsessiv-kompulsiv pozuntunun simptomları, inkişaf etməsində risk amilləri;
Obsessiv-kompulsiv pozuntuda fərqli görüntülər ( kimlərdə necə təzahür edir?);
"AĞ AYI" testi (PRAKTİK ÇALIŞMA). Zehni nəzarət paradoksu.
Obsessiyalara qalib gəlmə;
Obsessiv-kompulsiv pozuntuların aradan qaldırılmasında psixoterapevtik metodlardan istifadənin rolu ( relaksasiya, hipnoterapiya, koqnitiv terapiya, geştalt terapiya, art-terapiya və s.).

Təlim 28 Aprel 2019-cu il tarixində saat 13:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcəkdir.

Təlimdə iştirak ödənişlidir.
Ödəniş: 30 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 15 AZN təşkil edir.

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR! 
Direct yazın, qeydiyyat linkini göndərək. 
Bizimlə əlaqə: 070 268 27 08 ( mob/ what's app)


"