"Özgüvən" probleminin aradan qaldırılmasına yönəlmiş qrup terapiyası - 1

18.01.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda "Özgüvən" probleminin aradan qaldırılmasına yönəlmiş qrup terapiyası keçirildi.
Qrup terapiyası Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı Nuranə Salmanlı tərəfindən həftədə 1 dəfə, hər həftənin şənbə günü aparılır.
Qrup terapiyasının ilk seansında iştirakçılara özgüvən anlayışı haqda ətraflı məlumat verildi, "özgüvən" və "eqo" anlayışlarının fərqi izah edildi, praktik çalışmalar işlənildi, həmçinin növbəti seansa qədər gündəlik ev tapşırıqları verildi.
İştirakçılar qrup terapiyasından gülə-gülə, müsbət təəssüratlarla, enerji dolu ayrıldılar.
Nuranə xanıma uğurlu aparılan qrup terapiyası üçün təşəkkürümüzü bildirir, iştirakçılarımıza növbəti seansda görüşmək ümidilə uğurlu, özgüvənli həftə diləyirik.
Siz də qrup terapiyamıza qoşulmaq üçün bizimlə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz: 070 268 27 08 ( mobil/what's App)


"