"PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" (Modul 4)

18.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva tərəfindən tədris olunan "PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" Kursunun 4-cü modulu baş tutdu. Sonuncu modulda Elnur müəllim və Nərmin xanım psixoloji məsləhət prosesində, yeni başlayan psixoloqlarda rast gəlinən çətinliklər, psixoloji məsləhətin etik prinsipləri və standartları haqqında ətraflı məlumat verdikdən sonra kurs iştirakçıları ilə ümumiyyətlə tam kurs proqramını əhatə edən sual-cavab təşkil edib, onların suallarını cavablandırdılar. Həmçinin iştirakçılarla praktik çalışmalar da işlənildi. 
Sonda kursda iştirak edən hər kəsə SERTİFİKAT təqdim edilib, xatirə fotoları çəkdirildi. 
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Elnur Rüstəmov və Nərmin Quliyevaya interaktiv və hər bir psixoloqa olduqca faydalı olan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti kurslarımızda görüşmək diləyilə uğurlar arzu edirik.


"