"PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" kursu (Modul 3)

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi "PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" KURSU-nun 3-cü Moduluna dəvət edir. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva tərəfindən tədris ediləcək 3-cü Modul qeyd olunan mövzuları əhatə edəcəkdir: 
1. Psixokorreksiya nəzəriyyələrinin əsas istiqamətləri;
2. Psixoloji məsləhət zamanı tətbiq olunan texnikalar və problemə uyğun korreksiya üsulunun seçilməsi;
3.Psixoloji məsləhət prosesində müraciət edən şəxsin müqaviməti və korreksiya üsulları;
4. Psixoloji məsləhət prosesində rast gəlinən xüsusi problemlər.

MODUL 3. 11.05.2019-cu il tarixində saat 12:00-16:00-da baş tutacaq. Modulun ödənişi 40 AZN, tələbələrə ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 30 AZN təşkil edir. Tam kursun ödənişi 160 AZN, tələbələrə xüsusi güzəştlə 120 AZN təşkil edir. Bir və ya bir neçə modulda iştirak edənlərə İŞTİRAK SƏNƏDİ, tam kursu bitirənlərə SERTİFİKAT təqdim olunacaqdır. Qeyd edək ki, tam kursda iştirak edənlərə müəllifləri Elnur Rüstəmov və Nərmin Quliyeva olan PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kitabı HƏDİYYƏ EDİLƏCƏK. 
İştirak etmək üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Bizimlə əlaqə: 070 268 27 08 ( what's app da aktivdir)

"