"PSİXOTERAPİYAYA MÜXTƏLİF YANAŞMALAR" vebinarı

23.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə "PSİXOTERAPİYAYA MÜXTƏLİF YANAŞMALAR" mövzusunda vebinar keçirildi.
Vebinarda hər biri öz sahəsində peşəkar olan 4 mütəxəssis müxtəlif mövzularda öz bilik və təcrübələrini iştirakçılarla paylaşdılar.
1. Nərmin Quliyeva - Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq - "Geştalt Terapiya" ;
2. Nilufər Əlizadə - Xəzər Universitetinin Psixologiya Departamentinin müəllimi, klinik psixoloq - "Humanist Terapiya"
3. Fəxriyyə Nəsirzadə - İdman psixoloqu, klinik psixoloq - "Sxema ( Şema) Terapiya" ;
4. Gülər Zaman - Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi, klinik psixoloq - "Koqnitiv Bihevioral Terapiya".
Vebinar iştirakçıların müsbət rəyləri ilə başa çatdı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də hər bir mütəxəssisə maraqlı və faydalı keçən vebinar üçün təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!


"