"Qısamüddətli Həll Mərkəzli Terapiya" master class - Modul 2

Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, LOGOCENTER Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyevanın təqdimatında 10 saatlıq "Qısamüddətli Həll Mərkəzli Terapiya" masterclassının 2-ci modulu bu gün, 15.02.2020 tarixində baş tutdu.
2-ci modulda iştirakçılara ailələrdə problem və ailə terapiyası, ailələrə həll mərkəzli yanaşma, həll mərkəzli terapiya sxeminin problemə müvafiq qurulması nəzəri və praktik cəhətdən öyrədildi, qrup terapiyası aparıldı, workshop keçirildi.
Mətanət xanıma zəngin bilik və təcrübəsini iştirakçılarla paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk, masterclass iştirakçılarımıza 3-cü modulda görüşmək ümidilə uğurlar arzu edirik.


"