"Qısamüddətli Həll Mərkəzli Terapiya" masterclassı - 2 (Modul 3)

Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Mətanət Əliyevanın təqdimatında 10 saatlıq "Qısamüddətli Həll Mərkəzli Terapiya" masterclassının 3-cü modulu 08.07.2020 tarixində baş tutdu.
Üçüncü modulda iştirakçılara həll mərkəzli yanaşmanın ailələrlə psixoloji iş zamanı tətbiqi texnikaları, həll mərkəzli terapiya sxeminin problemə müvafiq qurulması nəzəri və praktik cəhətdən öyrədildi, iştirakçılara qrup işləri tapşırıldı.
Mətanət xanıma zəngin bilik və təcrübəsini iştirakçılarla paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk, masterclass iştirakçılarımıza uğurlar diləyirik.

"