"Qrup Terapiya Texnikaları" mövzusunda online workshop

14.05.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin müəllimi və psixologiya üzrə fəlsəfə proqramı üzrə doktorantı, psixoloq Mətanət Əliyevanın təqdimatında "Qrup Terapiya Texnikaları" mövzusunda online workshop keçirildi. Workshopda Mətanət xanım qrup terapiyanın aparılma qaydaları, terapiya zamanı istifadə olunan texnikalar haqqında ətraflı məlumat verdi, həmçinin iştirakçıların suallarını cavablandırdı.
İştirak edən hər kəsə uğurlar arzu edir, Mətanət xanıma bu təşəbbüsü və praktik məlumatlarla zəngin workshop üçün təşəkkürümüzü bildiririk.


"