"Sxema ( Şema) Terapiya" vebinarı

04.06.2020 tarixində faydalı biliklərlə zəngin daha bir vebinarımız baş tutdu.
Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, idman psixoloqu, klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında Zoom proqramı vasitəsilə baş tutan vebinar "Sxema ( Şema) Terapiya" mövzusuna həsr olundu. Fəxriyyə xanım şema terapiyanın yaranma tarixi, onun tətbiq sahəsi haqda geniş məlumat verdi, həmçinin iştirakçıları şema terapiyanın texnikaları ilə də tanış etdi.
Vebinar iştirakçıların məmnunluq rəylərilə sona çatdı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Fəxriyyə xanıma zəngin bilik və təcrübəsini iştirakçılarla paylaşdığı üçün təşəkkürümüzü bildirir, vebinar iştirakçılarına uğurlar arzu edirik!


"