"Uşaqlarda yalan" mövzusunda vebinar

05.07.2020 tarixində faydalı biliklərlə zəngin daha bir vebinarımız baş tutdu.
Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, psixoloq Emiliya Nəsibovanın təqdimatında Zoom proqramı vasitəsilə baş tutan vebinar "Uşaqlarda yalan" mövzusuna həsr olundu. Emiliya xanım vebinarda uşaqlarda yalanın yaranma mexanizmi, səbəbləri və korreksiya olunmasına dair geniş məlumat verdi, iştirakçıların suallarını cavablandırdı.
Vebinar iştirakçıların məmnunluq rəylərilə sona çatdı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Emiliya xanıma təşəkkürümüzü bildirir, vebinar iştirakçılarına uğurlar arzu edirik!

"