3-4 iyun tarixlərində Bakı Slavyan Universitetində (BSU) Psixologiya Elmi-Tədqiqat İnstitutunun və “Müasir Azərbaycan psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində (“Psixologiya Zirvəsi-2) “COVID-19 pandem
3-4 iyun tarixlərində Bakı Slavyan Universitetində (BSU) Psixologiya Elmi-Tədqiqat İnstitutunun və “Müasir Azərbaycan psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində (“Psixologiya Zirvəsi-2) “COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans öz işini uğurla yekunlaşdırdı.
İki gün davam edən beynəlxalq konfransda yerli və xarici tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak etdilər.
Konfransın bölmələrində 13 məruzə dinlənildi, 2 "workshop" həyata keçirildi.
Bütün məruzəçilərə, qonaqlara, iştirakçılara, konfransın təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik!