Ailədə cinsi münasibətlər psixologiyası təlimi

18.01.2020 tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının doktorantı, psixoloq Gülər Məmmədovanın təqdimatında
"Ailədə cinsi münasibətlər psixologiyası" mövzusuna həsr olunmuş təlim keçirildi.
Təlimin proqramında mövzuya uyğun aktual problemlər, onların həlli yolları öz əksini tapdı, praktik çalışmalar işlənildi.
Təlimdə iştirak edən hər kəsə Sertifikat təqdim edildi.
İştirakçıların müsbət rəylərinə, məmnuniyyətinə səbəb olan və bitməsini istəmədikləri bilgi dolu təlim üçün Gülər xanıma təşəkkürümüzü bildirir, iştirakçılarımıza növbəti təlimlərimizdə görüşmək ümidilə uğurlar arzu edirik.


"