Art terapiya kursu (Modul 2)

31.05.2019-cu il tarixində institutumuzda psixoloq, rəssam Asəf Kərimovun təqdimatında ART-TERAPİYA KURSUNUN ikinci modulu baş tutdu. 3 saat davam edən ikinci modulda iştirakçılara rənglər, rənglərin insan psixikasına təsiri, simvolikası, rəng stereotipləri haqqında
ətraflı məlumat verildi, həmçinin praktik çalışmalar işlənildi. İştirak edən hər kəsin diqqət və marağını cəlb edən, uğurlu keçən növbəti dərs üçün psixoloq, rəssam Asəf Kərimova təşəkkürümüzü bildirir, iştirakçılara kursun növbəti modulunda görüşmək ümidilə uğurlar arzu edirik. 
Məlumat üçün bildirək ki, ART-TERAPİYA KURSU-nun 07.06.2019-cu il tarixi, saat 17:00-20:00-da baş tutacaq 3-cü modulu üçün qeydiyyat artıq başlamışdır. 
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. 
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( what's app da aktivdir).


"