Art terapiya kursu (Modul 3)

07.06.2019-cu il tarixində institutumuzda psixoloq, rəssam Asəf Kərimovun təqdimatında ART-TERAPİYA KURSUNUN üçüncü modulu baş tutdu. 3 saat davam edən üçüncü modulda iştirakçılara art-terapiya seanslarında gözlənilən çətinliklər, təsviri sənət fəaliyyətinin uşaqlarda inkişafı və art-terapiya seanslarına təsiri haqqında
ətraflı məlumat verildi, həmçinin praktik çalışmalar işlənildi. İştirak edən hər kəsin diqqət və marağını cəlb edən, uğurlu keçən növbəti dərs üçün psixoloq, rəssam Asəf Kərimova təşəkkürümüzü bildirir, iştirakçılara kursun növbəti modulunda görüşmək ümidilə uğurlar arzu edirik. 
Məlumat üçün bildirək ki, ART-TERAPİYA KURSU-nun 14.06.2019-cu il tarixi, saat 17:00-20:00-da baş tutacaq 4-cü modulu üçün qeydiyyat artıq başlamışdır. 
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. 
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( what's app da aktivdir).


"