Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib

11.04.2019-cu il tarixində Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib. Tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə reallaşdırılan, 20-dək müəssisənin təmsil olunduğu tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunu institutun nəzdində fəaliyyət göstərən Marketinq şöbəsinin müdiri Şahin Şərifov və şöbənin əməkdaşı Sevinc Məmmədzadə təmsil etmişlər. Onlar tələbə və məzunları Psixologiya Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri ilə tanış etmiş, institutumuzda keçirilən layihə və tədbirlər haqqında ətraflı məlumat vermişlər.


"