Bəxtiyar Əliyevin seçicilərlə görüşü davam edir

Milli Məclisdə keçiriləcək seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin seçicilərlə görüşünün birinci turu davam edir.

 Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Sabunçu rayonunda səmimiyyət və diskussiya şəraitində keçən görüşlərdə professor Bəxtiyar Əliyev ölkədə həyata keçirilən islahatlardan, qazanılmış uğurlardan, dinamik inkişafdan, əhalinin sosial vəziyyətinin yaxşılaşmasından, işsizlik probleminin həll edilməsi məqsədilə yeni iş yerlərinin yaradılmasından danışıb. O, bildirib ki, hər bir vətəndaş, hər bir küçkün dövlət qayğısı ilə əhatə edilib, sosial islahatlar davamlı xarakter daşıyır. Eyni zamanda deputat olduğu müddətdə gördüyü işlərdən, seçicilərlə daima ünsiyyətdə olduğunu, səhiyyə, təhsil və digər sahələrlə bağlı ona ünvanlanan müraciətlərdəki məsələlərin həll edildiyini qeyd edib. Seçicilər onlara həmişə diqqət göstərdiyinə, onlara kömək etdiyinə görə minnətdarlıqlarını bildirmiş və bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev qaldırılan məsələlərə münasibət bildirib və hörmətli, əziz və doğma ağdamlıları ona yenidən etimad göstərərlərsə yenə də dövlət qurumları ilə birlikdə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib. Görüşün sonunda bütün sakinlər tanınmış ziyalı alim AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevə seçki kampaniyasında uğurlar arzulayaraq 09 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə yenə də ona səs verəcəklərini bildiriblər.

 Bundan əvvəl Abşeron, Yasamal, Qaradağ və Binəqədi rayonlarında məskunlaşmış seçicilərlə görüş keçirilib.
Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

http://olke.az/news/detail/bextiyar-eliyevin-secicilerle-gorusu-davam-edir-foto--179310/



"