Dunning-Kruger sindromu və Covid-19

Dunning-Kruger sindromu Cornell Universitetinin 2 psixoloqu Justin Kruger və David Dunning tərəfindən elmə gətirilib.

Dunning-Kruger sindromunun digər adı “Cahil cəsarətidir”. Qəzet, kitab oxumayan, dünyada baş verən hadisələri öz bildikləri kimi şərh edən, sosial mühitdə özünü hər mövzudan məlumatlı kimi göstərən insanlar sindromunun üzvləridirlər. Onlar özlərini həddindən çox qiymətləndirirlər. Onlara görə hər şeyin yaxşısını özləri bilir, idarəetmə bacarığı yalnız onlarda vardır.
Bəs Korona virusla Dunning-Kruger sindromunun əlaqəsi nədir?
Yəqin ki, ətrafınızda bu virusun varlığına inanmayan, əhəmiyyətsiz yanaşan, özünün Karona virusa tutulmayacağını əminliklə söyləyən insanlar var. Onlar deyilən heç bir məsləhətə əməl etmir, "öləcəmsə, heç bir dezinfeksiya, karantin bunun qarşısını ala bilməz"- deyə düşünürlər. Bunlar isə Dunning-Kruger sindromunun əlamətləridir.
Əgər bu düşüncələr sizdə və ya tanışınızda varsa, ilk növbədə bu düşüncələri ağlınızdan çıxarmağa çalışın. Rəsmi saytlardan Covid-19-la bağlı məqalələr oxuyun. Qaydalara lazımi şəkildə riayət edin. Dunning-Kruger sindromu #evdə qal müddətində daha da arta, sizin və ətrafınızın yaşam tərzini çətinləşdirə bilər. Bugün Covid-19-a inanmayacaq, sabah qohumunuzun təhsilini sorğulayacaq, ananızın yeməyindən daha gözəl yemək bişirə biləcəyinizi düşünəcək, istəsəniz, qardaşınızdan daha yaxşı yerlərə gələ biləcəyinizi söyləyəcək, atanızın şəxsi biznes idarəsindəki səhvlərini sorğulayacaqsınız. Həyatınızın bu cür keçirməmək üçün siz də bizə qoşulun.
Ailən üçün, sevdiklərin üçün
#Evdə qal, sağlam qal.
Tərcümə müəllifi: Sevinc Abdullayeva


"