Görüş

12.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlərin rəhbərlərilə görüş keçirilmişdir. Görüşdə institutun sədri Elnur Rüstəmov, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev, Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyev, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva, Marketinq şöbəsinin müdiri Şahin Şərifov iştirak etmişlər. 
Görüşdə hər bir şöbə və mərkəzin indiyə qədərki fəaliyyəti dəyərləndirilmiş, fəaliyyət planı, qarşısında duran vəzifələr və həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilmişdir.



"