III Könüllü Fəaliyyət Qrupu

12.10.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lll Könüllü Fəaliyyət Proqramına qəbul olan üzvlərlə görüşümüz baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxış edərək qarşıda görüləcək işlərlə bağlı prioritetləri qeyd etdi, başladıqları yeni yolda könüllülərin hər birinə uğurlar arzu edərək onlara Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllülük Vəsiqəsini təqdim etdi. Daha sonra
Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şahin Şərifov yeni könüllü qrupuna uğurlar arzu edərək Könüllülük Vəsiqələrini təqdim etmə mərasimini davam etdirdi.
lll Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Elmi-psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Nərmin Quliyeva, qrup koordinatoru Sevinc Məmmədzadə də öz təbrik nitqlərini səsləndirdikdən sonra yeni könüllülərlə xatirə fotosu çəkdirildi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq yeni könüllü qrupumuzla bir çox uğurlu işlər görəcəyimizə inanır, qrupun hər bir üzvünə uğurlar diləyirik!



"