III Könüllü Fəaliyyət Qrupu - "Klinik psixologiya" mövzulu seminar

05.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun lll Könüllü Fəaliyyət Proqramı üçün təşkil olunmuş Psixoloji Təkmilləşmə Kursu start götürdü. Kurs proqramı çərçivəsində ilk dərs Klinik Psixologiyaya həsr olundu və Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olundu.
Nərmin xanıma yeni informasiyalar və praktik məşğələlərlə zəngin dərs üçün təşəkkürümüzü bildirir, könüllülərimizə isə uğurlar arzu edirik.


"