IV Könüllü Fəaliyyət Qrupu - "Nevrotik pozuntuların diaqnostikası və korreksiyası"

04.02.2020 tarixində institutumuzda lV Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.
Təlim "Nevrotik pozuntuların diaqnostikası və korreksiyası" mövzusuna həsr olundu və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında baş tutdu.
Nərmin xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.
Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Nərmin xanıma dərin təşəkkürümüzü bildirir, lV Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.


"