IV Könüllü Fəaliyyət Qrupu - iclas (2)

15.02.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda lV Könüllü Fəaliyyət Qrupu ilə iclas keçirildi. İclasda lV Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva, qrup kordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadə iştirak etdilər. İclasda könüllülərlə görülən işlərin nəticələri nəzərdən keçirildi, qarşıda həyata keçirilməsi planlaşdırılan işlər müzakirə edildi, könüllülərin ideya və təklifləri dinlənilib dəyərləndirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq lV Könüllü Fəaliyyət Qrupumuzun üzvlərinə uğurlar, müvəffəqiyyətlər arzu edirik.


"