İnstitutun şöbələri üzrə aylıq hesabat iclası

Bütün dünyanı narahat edən koronavirus (COVİD - 19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə elan olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu aylıq iclaslarını online olaraq həyata keçirir.
Həmin iclaslardan görüntüləri sizə təqdim edirik:
1) Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlərin rəhbərlərilə iclası;
2) Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin iclası;
3) Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin iclası;
4, 5, 6) Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllü Fəaliyyət qrupunun iclasları.
Qeyd edək ki, həmin iclaslarda mart ayı ərzində görülən işlər müzakirə edilib, nəticələr dəyərləndirilib, həmçinin, aprel ayı ərzində həyata keçirilməsi nəzərdə tutulan iş planları nəzərdən keçirilib.
Necə deyərlər, #evdəqal#işdənqalma


"