Klinik Psixologiya Kursu - Sertifikat

02.11.2019 - 07.02.2020 tarixləri aralığında Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramı ilə tədris olunan Klinik Psixologiya Kursunun məzunları.
Onlar kursun sertifikasiya imtahanından yüksək nəticə əldə edərək Sertifikata layiq görüldülər.
Ötən həftə həmin məzunlarımızla görüşümüz baş tutdu və onlara Sertifikat təqdim edildi.
Klinik psixologiya kursumuzun məzunlarını təbrik edir, kursda öyrəndiklərini öz təcrübələrində uğurla tətbiq etməyi arzu edirik.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq təşəkkürümüz Nərmin xanımadır. Öz zəngin bilik və təcrübəsini tələbələr və gənc mütəxəssislərlə bölüşdüyü, hər bir iştirakçının xoş təəssüratlarla bitirdiyi kursun uğurlu tədrisi üçün Nərminə xanıma təşəkkür edirik!

"