Könüllü Fəaliyyət Proqramı - seçim mərhələsi

26 Mart 2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət (sənəd qəbulu və müsahibə) seçim turu başa çatdı. 
Sənəd qəbulu mərhələsindən keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı. 
Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin əməkdaşları Sevinc Məmmədzadə və Leyla Əliyeva iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas istiqamətlərilə bağlı suallar ünvanlamışlar. 
Müsahibə əsasında bu həftə sonuna qədər Könüllü Fəaliyyət Proqramının üzvləri təyin olunacaq və bu haqda əməkdaşlarımız tərəfindən namizədlərə məlumat veriləcəkdir.


"