Könüllü Fəaliyyət Qrupu - Ümumi Psixoterapiya kursu (II dərs)

15.08.2020 tarixində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında Könüllü Fəaliyyət qrupunun üzvləri üçün tədris olunan Ümumi Psixoterapiya kursunun 2-ci modulu baş tutdu.
Zoom proqramı vasitəsilə keçirilən kursun ikinci dərsi Psixoanaliz mövzusu üzrə davam etdi.
Nərmin xanım könüllülərə mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı.
Nərmin xanıma təşəkkürümüzü bildirir, könüllülərimizə uğurlar arzu edirik!

"