Könüllü Fəaliyyət Qrupu - #evdəqalaq, #fəalolaq

Könüllü Fəaliyyət qrupumuza təşəkkürümüzü bildirmək istəyirik. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dünya gündəmində geniş yer tutan koronavirus (COVİD - 19) pandemiyası ilə mübarizəyə dəstək məqsədilə KİV üzərindən bir sıra maarifləndirici tədbirlər həyata keçiririk.
Cəmiyyətimizi bu infeksiya haqqında kifayət qədər məlumatlandırmaq və onlara psixoloji dəstək olmaq məqsədilə gördüyümüz bütün işlərdə Könüllü Fəaliyyət qrupumuzun əməyi danılmazdır.
Koronavirus (COVİD - 19) pandemiyası ilə mübarizəyə dəstəkdə göstərdikləri təşəbbüs və yüksək fəallıqlarından dolayı Könüllü Fəaliyyət qrupumuzun hər bir üzvünə təşəkkürümüzü bildirir və onlara #evdəqalaq #fəalolaq deyirik!


"