Koqnitiv-Bihevioral Terapiya (Modul 6)

28.09.2019 tarixində başlayan, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis, həkim-psixoterapevt Aydan Xasməmmədzadənin təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya kursu ötən həftə, 09.11.2019 tarixində başa çatdı.
Bu gün, 16.11.2019 tarixində kurs iştirakçıları ilə 6 modul üzrə davam edən 24 saatlıq kurs proqramı əsasında imtahan keçirildi. İmtahandan uğurla keçən, kursu müvəffəqiyyətlə bitirən bütün iştirakçılara SERTİFİKAT təqdim edildi.
Dəyərli kurs iştirakçılarımızı təbrik edir, KBT-ni öz təcrübələrində uğurla tətbiq etməyi diləyir, növbəti kurslarımızda yenidən görüşməyi arzu edirik.
Kursdan geriyə iştirakçı məmnuniyyəti, müsbət rəylər, xoş fikirlər qalmasına səbəb olan Aydan xanıma isə kursun uğurlu tədrisi üçün dərin təşəkkürümüzü bildiririk.


"