Koqnitiv Bihevioral Terapiya Kursu 1 (Modul 5)

Kurs iştirakçılarının xoş təəssüratları, müsbət rəyləri ilə daha bir kursumuzun sonuna gəldik.
08.12.2019 - 26.01.2020 tarixləri aralığında Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursu uğurla sona çatdı.
Son dərsdə kurs proqramı bir daha təkrar edildi, real problemlər üzərində Koqnitiv Bihevioral Terapiyanın tətbiqi öyrədildi, kurs iştirakçılarının bütün sualları Nərmin xanım tərəfindən ətraflı cavablandırıldı.
Sonda iştirakçılara SERTİFİKAT təqdim edildi, xatirə fotoları çəkdirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Koqnitiv Bihevioral Terapiya Kursumuzun məzunlarına kursda öyrəndiklərini öz təcrübələrində uğurla tətbiq etməyi arzu edir, Nərmin xanıma öz bilik və təcrübəsini paylaşaraq uğurla tədris etdiyi kurs üçün təşəkkürümüzü bildiririk.


"