Loqopediya kursu (2) (Modul 1)

17.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Praktik Loqopediya Kursu tədris olunmağa başladı. Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, peşəkar defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında tədris olunan kursun ilk dərsində iştirakçılara Loqopediya haqqında ilkin məlumatlar verildi, nitqin ilkin müayinəsi və diaqnozun təyin olunması, nitq qüsurlarının növləri mövzularına yer verildi.
İştirakçılar tərəfindən rəğbətlə dəyərləndirilən ilk dərs üçün Qönçə xanıma dərin təşəkkürümüzü bildirir, iştirakçılarımıza uğurlar diləyirik.
Qeyd edək ki, kursun növbəti modulu 24.02.2020 tarixində baş tutacaq.
070 268 27 08 ( mobil/what's App) nömrəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.


"