Loqopediya kursu - yekun

21.10.2019 tarixində başlayan, Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayeva tərəfindən tədris olunan, nəzəriyyə və praktikanı özündə birləşdirməklə 24 saatlıq proqramı əhatə edən Loqopediya Kursu 23.12.2019 tarixində başa çatdı.
Kurs iştirakçıları sonda kurs proqramına əsasən imtahanda iştirak etdilər, imtahanda uğurlu nəticə göstərərək Sertifikata layiq görüldülər.
23.12.2019 tarixində Loqopediya Kursunun iştirakçılarına Sertifikat təqdim edildi, birlikdə tort kəsildi, xatirə fotoları çəkildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, Loqopediya Kursunun peşəkar tədrisinə görə Qönçə xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarımıza öyrəndiklərini öz iş təcrübələrində uğurla tətbiq etməyi arzu edirik!


"