NEYROPSİXOLOGİYA KURSU

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizin istəyinizi nəzərə alaraq yeni NEYROPSİXOLOGİYA KURSU-nu təqdim edir. Kurs institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Fuad Əsədov tərəfindən tədris ediləcək.
NEYROPSİXOLOGİYA KURSU 24 saat, 8 moduldan ibarətdir. 
Kurs həftədə 1 dəfə, bazar günləri 3 saat olmaqla 8 həftə davam edəcək.
1-ci Modul 12 May 2019-cu il tarixində saat 11:00-da baş tutacaq.
NEYROPSİXOLOGİYA KURSUNDA ÖYRƏNƏCƏKSİNİZ!

MODUL 1. 
Düşüncə necə yaranır?; 
Düşüncənin yaranma mexanizmləri;
Düşüncədə şüuraltı və instinktiv faktorların rolu; Genetikanın düşüncə prosesindəki rolu.

MODUL 2. 
Xarakter və iradə anlayışı;
Xarakter nəzəriyyələri və xarakter tipologiyası; Azad iradə nə deməkdir?;
Xarakterin neyropsixoloji əsasları; İradə anlayışınızı dəyişdirəcək faktlar və psixi xəstəliklər;
Yad əl sindromu və somnambulizm yaxud lunatiklik( yuxuda gəzərlik).

MODUL 3. 
İrsiyyət və mühit;
Genlərin həyatımızdakı rolu; 
Sosial faktorlar və adaptasiya problemi;
Şizofreniyanın genetik və sosial faktorlardan təsirlənməsi.

MODUL 4. 
Beyinin rəqabət sistemləri;
Beyin yarımkürələri arasındakı əlaqə;
Yaddaş və onun beyindəki rəqabəti;
Frenologiya və müasir elm;
Postravmatik stress və müalicəsi.

MODUL 5.
Psixologiyanın təkamülü;
Şüurumuz necə inkişaf edir?;
Şüuraltımızdakı atalarımızdan qalan xatirələr;
Əsrlər boyunca yaşamış insanların bu günümüzə təsiri;
Qorxular, batil inanclar və fobiyalar.

MODUL 6.
Duyğularımızı necə idarə edirik?;
Duyğularımız necə yaranır?;
 Duyğularla bağlı elmi - fantastik tədqiqatlar;
Diqqət və onun limiti; Kokteyl partisi sindromu və qapı testi.

MODUL 7. 
Manipulyasiya texnikaları;
Zehin kontrolu. Yuxu, təlqin və hipnoz. İnsanları idarə etmək;
Manipulyasiyanı istifadə etmək üçün nəyi bilmək lazımdır?;
Qapıdakı ayaq və üzdəki qapı texnikaları.

MODUL 8.
Psixoloji pozuntular və onların terapiyası;
Beyin sıradan çıxdıqda olanlar;
Depressiyanın səbəbləri və müalicəsi; Panik pozuntular və terapiya metodları;
Şizofreniya və dissosiativ şəxsiyyət pozuntusu;
 Obsesiyalar və kompulsiyalar.

Bir və ya bir neçə modulda iştirak edənlərə İŞTİRAK SƏNƏDİ, tam kursu bitirənlərə SERTİFİKAT təqdim ediləcək! 
1 modulda iştirak haqqı 30 AZN, tələbələrə xüsusi güzəştlə ( tələbə biletini təqdim etmək mütləqdir) 20 AZN, tam kursda iştirak haqqı 240 AZN, tələbələr üçün 160 AZN təşkil edir. 
ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR! 
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob / what's app).


"