NLP Praktik Sertifikat Təlimi - sertifikatların təqdim olunması

07.04.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, NLP Təlimçisi Məhərrəm Əliyevin təqdimatında NLP Praktik Sertifikat Təlimi uğurla başa çatdı.
Təlimi bitirən hər bir iştirakçıya BEYNƏLXALQ SERTİFİKAT təqdim olundu. 
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, uğurlu keçən təlim üçün Məhərrəm Əliyevə təşəkkürümüzü bildirir, təlimi bitirən iştirakçılara uğurlar diləyirik.

"