PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ Kursu (Modul 2)

04.05.2019-cu il tarixində PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ Kursunun 2-ci modulu baş tutdu. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva tərəfindən tədris olunan kursun 2-ci dərsində müraciət edən şəxslə ilk görüş, psixoloqla müraciət edən şəxs arasında konsultativ əlaqə, problemin dəyərləndirilməsi, psixodiaqnostika, klinik müsahibə və s. mövzular haqda ətraflı məlumat verildi, iştirakçıları maraqlandıran bütün suallar cavablandırıldı. Kurs iştirakçıları qarşılıqlı diskussiya şəklində, interaktiv keçən dərsdən məmnun ayrıldılar. 
Qeyd edək ki, PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ Kursunun 11.05.2019-cu il tarixində saat 12:00-16:00-da baş tutacaq olan 3-cü modulu üçün qeydiyyat artıq başlamışdır. Arzu edən hər kəsi kursumuzda iştirak etməyə dəvət edirik.
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob/what's app).

"