Praktik Psixologiya Kursu (Modul 2)

Praktik Psixologiya Kursunun ikinci modulu 25.01.2020 tarixində real problemli pasientin ( fotonu paylaşmağa icazə yoxdur) iştirakı ilə baş tutdu. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən tədris olunan kursun ikinci modulunda pasientin probleminə müxtəlif psixoloji texnikalarla yanaşma edildi. Kurs iştirakçıları pasientin öz icazəsi ilə psixoloji məsləhət prosesində birbaşa iştirak etdilər.
Sözün əsl mənasında praktik olan kursun tədrisi üçün Səbinə xanıma təşəkkürümüzü bildirir, iştirakçılarımıza uğurlar arzu edirik.


"