Psixologiya Elmi-Tədqiqat İnstitutunda Mərkəzlərlə görüş keçirilmişdir

20.05.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Mərkəzlərlə görüş keçirilmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz bir çox dövlət və özəl qurumlarla "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu çərçivəsində əməkdaşlıq edirik. Fəaliyyətimizin əsas istiqamətləri psixologiyanın aktual problemlərinin həllinə yönəlik elmi tədqiqatların aparılması, əldə edilmiş elmi nəticələr əsasında cəmiyyətə psixoloji xidmətin, hüquqi və fiziki şəxslərə isə psixoloji yardımın göstərilməsi, psixologiya sahəsində maarifləndirmə işlərinin aparılması və bu sahədə çalışan mütəxəssislərin peşəkar inkişafına dəstəyin verilməsidir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda "Nəzəri və eksperimental psixologiya", "Sosial psixologiya", "Yas və inkişaf psixologiyası", "Elmi-metodiki və təhsil psixologiyası", "Layihələr və korporativ əməkdaşlıq" şöbələri və "Psixoloji Xidmət və Reabilitasiya mərkəzi" fəaliyyət göstərir və qonaqlara bu haqda məlumat verilmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov mərkəz rəhbərlərini salamladı və görüşdə iştirak etdiklərinə görə təşəkkürlərini bildirdi. Eyni zamanda gələcəkdə əməkdaşlıq çərçivəsində birgə tədqiqatların keçirilməsi, metodik vəsaitlərin hazırlanması, elmi-praktik konfransların, seminarların, vebinarların təşkili ilə bağlı fikirlərini bildirdi.

Görüş zamanı Mərkəzlərlə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər, layihələr, ideyalar müzakirə edilmişdir.

Görüşdən görüntüləri sizə təqdim edirik.



"